SON DƏQİQƏ

Meyxanaçı Kərim vəfat etdi

Tarix:19-12-2025, 23:01

Meyxanaçı Ağakərim (Kərim Novruzov) vəfat edib.
XeberTıme.az  xəbər verir ki, bu barədə sosial şəbəkələrdə meyxanaçının sənət dostları məlumat paylaşıblar.
Qeyd edək ki, meyxanaçı Kərimin səhhəti 2017-ci ildən pisləşmişdi. Həmin il martın 30-da o, beyininə qansızmadan insult olmuşdu. Üç dəfə insult keçirən meyxanaçı şəkər və təzyiqdən əziyyət çəkirdi.

Ağır vəziyyətdə olan Kərim son illər yataq xəstəsi idi.

Kərim Novruzov 1964-cü ildə Bakının Maştağa kəndində anadan olub. O, 1991-ci ildə meyxana müsabiqəsinin qalibi olub.

Allah rəhmət eləsin! 

XeberTıme.az

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

Qarabağ