18. 12.2025-ci il tarixində “SEVİNC MALL” da Azərbaycan Milli Kulinariya Assosiasiyasının ( AMKA) 40 illiyinə həsr edilmiş “Təhsil alan Gənc Kulinarların VI Respublika Çempionatı” və Hesabat – Seçki Konfransı keçirilİB.
Tədbiri Təbrik nitqi ilə “Qeyri Hökümət Təşkilatlarına Dövlət Dəstəyi Agentiyi”nin icraçı direktoru Aygün xanım Əliyeva açdı. AMKA-nın gördüyü işləri yüksək qiymətləndirən Aygün xanım AMKA-nı Yubiley münasibəti ilə Agentliyin plaketi ilə mükafatlandırdı. Sonra “Nizami Rayon İcra Hakiyyəti”nin şöbə müdiri Rəhman Hüseynov , TOP 100 klubunun prezidenti Zamir Hüseynov, 1985-ci idə AMKA ilə birlikdə olan Ağadayı Ələkbərov, Bərdə Peşə Təhsili Mərkəzinin direktoru Samir Nəcəfov, “Qarabağ Peşə Hazırlığı Mərkəzi”nin direktoru Çinarə xanım Əlişova , mütəxəssislər Rəsmiyyə Allahverdiyeva , Ağakərim Şəmidzadə , Lalə Aslanova, aşpazlar Oruc Əliyev, Oqtay Cəfərov, “SEVİNC MAL”un direktoru Zakir , “Türkiyə Aşçılar Birliyi” yardımcısı Firat bəy Dursun, “Köz Künəfə 1977 dən Hulusi Usta” nın rəhbəri Hulusi Karip bəy, Tayga Ticarət şirkətinin nümayəndəsi Xəyal Tahirov “Peşəkar Qənnadçılar İctimai Birliy”in və münsiflər sədri Eynur Nağdəliyev, “Gənclərin Töhfəsi İctimai Birliy”in sədri Asim bəy Vəliyev, “Qida Təhlükəsizliyi Hərəkat”ın sədri Məhsəti xanım Hüseynova çıxış etdilər. Çempionatda Bakı, Sumqayıt , Bərdə ,Tərtər, Qəbələ, Neftçala, Şabran, İsmayılı və s. bölgələrin Ali və Peşə təhsili müəssisələrində təhsil alan gənc kulinarlar iştirak etdilər və aşağıdakı nəticələri göstərdilər:
- Paxlavanın qatlarına görə nominasiyasında I yer
- Yaradıcılığa görə nominasiyasında I yer
- Ən bol çeşid və süfrə görünüşünə görə nominasiyasında I yer
- Qozlu paxlavaya görə nominasiyasında I yer
- Region paxlavasına görə nominasiyasında I yer
- Təqdimata görə nominasiyasında I yer
- Dizayna görə nominasiyasında I yer
- Düzgün texnalogiyaya görə nominasiyasında I yer
- Sayına görə nominasiyasında I yer
- Dada görə nominasiyasında I yer
- İnnovativ interpritasiyaya görə (balqabaq tumu)
- Süfrə tərtibatına görə nominasiyasında I yer
Çempionatın münsiflər heyəti:
Eynur Nağdəliyev – Sədr
Rəsmiyyə Allahverdiyeva - Müavin
Üzvlər:
Leyla Rəhimli
Lalə Aslanova
13:00 -da AMKA-nın 40 illiyinə həsr olunmuş Hesabat-Seçki Konfransı öz işinə başladı.
Konfransda Azərbaycan Respublikasının himni səsləndirildi, şəhidlərimiz bir dəqiqə sükutla yad edildi.
AMKA -nın Prezidenti Tahir Əmiraslanov AMKA nın yaradılması və keçdiyi yol haqqında qısa məlumat verdi.
Bu illər AMKA -nın ən uzun müddət yanında olan şəxslər mükafatlandırıldı.
Sonra AMKA-nın 5 illik Hesabat -Seçki Konfransı öz işinə başladı.Hesabatlar dinlənildi və səs çoxluğu ilə qəbul edildi.
Seçki zamanı AMKA -nın növbəti beş ilə yeni rəhbərliyi (Prezident, Vitse -Prezident, İdarə Heyəti , Təftiş Komissiyası, Qəyyum və Restoratorlar Şurası) seçildilər. Prezident Tahir Əmiraslanov seçildi.
Vitse-Prezident Rəsmiyyə Allahverdiyeva seçildi.
Seçkilərdən sonra Qaliblərin mükafatlandırılması və AMKA -nın Dövlət Məşğulluq Agentliyi ilə birgə təşkil etdiyi “Aşpaz” , “Qənnadıçı, Şirniyyatçı” kurslarının məzunlarının Sertifikatları təqdim edildi.
Tədbirin təşkilində yaxından dəstək vermiş “SEVİNC MALL”-a, “TAYQA Ticarət” şirkətinin “HA
CI” çaylarına , “Köz Künəfə 1977 dən Hulusi Usta” müəssisəsinə
Təşkilatçılar: “Peşəkar Qənnadıçılar İctimai Birliyi”nə, “Gənclərin Töhfəsi İctimai Birliyi”nə, dərin minnətdarlığımızı bildiririk.




XeberTıme.az