7 fevral 2026-cı il tarixində “Çinar Kitab Evi”ndə “Düşünən uşaq, yazan gələcək” adlı maarifləndirici görüş keçirilmişdir. Tədbirin fəxri qonağı t.ü.f.d., informasiya və sənəd menecment sahəsini tədris edən müəllim, ictimai xadim, Peşəyönümlü Təhsilin İnkişafına Dəstək İctimai Birliyinin sədri, Azərbaycan Yazıçılar Birliyinin üzvü, Rəsul Rza mükafatı laureatı və Prezident təqaüdçüsü İradə Əlili olmuşdur.Tədbiri giriş sözü ilə açan STM-nin rəhbəri Gülnarə Hüseynova iştirakçıları salamlayaraq uşaqların dünyagörüşünün genişləndirilməsi, onların məktəbdənkənar məşğələlər vasitəsilə fərdi istedad və bacarıqlarının üzə çıxarılmasının müasir təhsilin əsas prioritetlərindən biri olduğunu vurğulamış, bu istiqamətdə həyata keçirilən fəaliyyətlər barədə ətraflı məlumat vermişdir.
Daha sonra söz fəxri qonaq İradə Əliliyə verilmişdir. İradə xanım öz müəllifi olduğu şeir və hekayələr vasitəsilə uşaqlarla interaktiv ünsiyyət qurmuş, valideynlərlə isə maarifləndirici söhbət aparmışdır. Görüş çərçivəsində gənc yazar Gülnar Nəzərli də çıxış edərək müəllifi olduğu hekayələr haqqında uşaqlara məlumat vermişdir.
Tədbirin davamında “Biləcəri Art Ceramiks” Mərkəzinin təsisçisi və rəhbəri təsviri incəsənət müəllimi Bahar Məmmədlnin şagirdlərinin rəsm əsərlərindən ibarət sərgi təqdim olunmuşdur. Proqram boyunca uşaqlar tərəfindən səsləndirilən vətənpərvərlik ruhunda şeirlər və rəqs nömrələri iştirakçılar tərəfindən alqışlarla qarşılanmışdır. Balaca istedadlı rəqqas Əhliman, istedadlı Əmrahlı Eşqin və digər fəal şagirdlər təşəkkürnamə ilə təltif edilmişdir.
Uşaqlar üçün təşkil olunan bu cür maarifləndirici görüşlər onların şəxsiyyət kimi formalaşmasına mühüm töhfə verir. Keçirilən fəaliyyətlər vasitəsilə uşaqlar öz daxili potensiallarını kəşf edir, sərbəst düşünmə, ünsiyyət və komandada işləmək bacarıqlarını inkişaf etdirirlər.




XeberTıme.az