SON DƏQİQƏ

Ömürdən köçən söz adamı – Rəşad Baxşəliyev

Tarix:30-03-2026, 00:32

Azərbaycan mətbuatına ağır itki üz verib. Vətən müharibəsi iştirakçısı, peşəkar jurnalist, “Azərbaycan” qəzetinin şöbə müdiri Rəşad Baxşəliyev 48 yaşında dünyasını dəyişib. Bu xəbər onu tanıyan hər kəsin qəlbini sarsıtdı, həmkarlarının, dostlarının və oxucularının yaddaşında dərin iz buraxdı.Azərbaycan Mətbuat Şurasının İdarə Heyətinin üzvləri , jurnalist həmkarlarım mərhumun vəfatından kədərləndiklərini bildirərək ailəsinə, doğmalarına və əzizlərinə dərin hüznlə başsağlığı verirlər.
Rəşad Baxşəliyev yalnız istedadlı qələm sahibi deyildi. Onu uzun illər idi ki tanıyırdım.
Respublika qəzetində işlədiyim illərdə Rəşad Şərq qəzetində işləyirdi .Demək olar ki, hər gün mehriban görüşərdik  Hər iki qəzetin redaksiyası nəşriyyatın 7 ci  mərtəbəsində idi 
Çox nəzakətli, əxlaqlı ş, mehriban və sadə insan idi.
Sonralar onun Azərbaycan qəzetinə keçməsinə daha çox sevindim. 
Rəşad qardaşımız həm də Vətən müharibəsində könüllü iştirak edərək sözün əsl mənasında vətənpərvərliyini sübut etmişdi. Qələmi ilə həqiqəti yazan bu insan, lazım gələndə silaha sarılıb torpaq uğrunda mübarizə aparmağı da bacarmışdı.
Onu yaxından tanıyanlar Rəşadı sadəliyi, səmimiyyəti və qayğıkeşliyi ilə xatırlayırlar. O, hər zaman mehriban, köməksevər, dostcanlı idi. İşinə sədaqəti, insanlara münasibətdə dürüstlüyü və yüksək mənəvi keyfiyyətləri ilə seçilirdi.
 Həmkarlarının hörmətini qazanan bu insanın yoxluğu bu gün hər kəs üçün böyük itkidir.
48 yaş – ömür üçün çox erkən bir dayanacaq…
Heyf ki, belə dəyərli insanlar tez köçür bu dünyadan.
Rəşad Baxşəliyev artıq aramızda yoxdur, amma onun yazdıqları, gördüyü işlər və qoyduğu iz yaşayacaq. O, həm qələm adamı, həm də vətən oğlu kimi yaddaşlarda qalacaq.
Allah rəhmət eləsin! Məkanı cənnət olsun.

Rauf İLYASOĞLU

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

Qarabağ