Azərbaycan media məkanında kəskin rezonans doğuracaq hadisə yaşanmaqda dərədir. Ölkənin tanınmış telekanallarından biri olan “Space TV”də müvafiq qurumlar tərəfindən genişmiqyaslı yoxlamalara start verilib.
XeberTıme.az Konkret.az-a istinadən xəbər verir ki, bu barədə tanınmış jurnalist Arifə Əliyeva məlumat yayıb. Jurnalistin sözlərinə görə, hazırda telekanalda aparılan ciddi yoxlamaların əsas səbəbi maliyyə pozuntuları ilə bağlı dövlət qurumlarına daxil olan çoxsaylı şikayətlər və məlumatlardır.
Jurnalist Arifə Əliyeva bildirib ki, Korovin kanaldakı peşəkar kadrları müxtəlif yollarla işdən uzaqlaşdıraraq, onların yerinə öz qohum-əqrabasını cəlb edib. Məhz bu “kadr islahatları” və idarəetmədəki qeyri-şəffaflıq hazırda araşdırma predmeti olan maliyyə yoxlamalarına yol açıb. Hazırda telekanalda gərgin vəziyyətin hökm sürdüyü və yoxlamaların nəticəsindən asılı olaraq ciddi kadr dəyişikliklərinin baş verəcəyi gözlənilir.
XeberTıme.az