SON DƏQİQƏ

Sumqayıt şəhəri dünyamiqyaslı veloyürüşünə evsahibliyi edib-FOTO/VİDEO

Tarix:11-05-2026, 01:01

10 may Sumqayıt şəhəri dünyamiqyaslı bir veloyürüş olan Baku Khankhendi veloyürüşünə evsahibliyi edib. Mayın 10-14 tarixlərində Azərbaycanda keçirilən Bakı-Xankəndi Azərbaycan Velosiped Yarışının birinci mərhələsinin finiş xətti Sumqayıt şəhərində olub.Şəhər küçələrində təşkil olunan veloyürüş çərçivəsində peşəkar velosipedçilər Sumqayıt şəhərindən keçiblər. Yarışın marşrutu boyunca təhlükəsizlik tədbirləri görülüb, bir sıra küçə və prospektlərdə nəqliyyatın hərəkətinə müvəqqəti məhdudiyyət tətbiq edilib. Qeyd edək ki veloyürüş iştirakçıları xarici idmançılardır.
 
Belə ki, yürüşlə əlaqədar olaraq Sülh prospekti, Koroğlu prospekti, Üzeyir Hacıbəyov küçəsi, Zülfü Hacıyev küçəsi, Heydər Əliyev prospekti və Azərbaycan prospektində nəqliyyatın hərəkəti məhdudlaşdırılıb.
 
Qeyd edək ki, yarışın növbəti mərhələləri mayın 11-dən etibarən digər istiqamətlər üzrə davam edəcək.





XeberTıme.az 

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

Qarabağ