SON DƏQİQƏ

Bakı-Tbilisi-Bakı qatarında pulsuz baqaj limiti AÇIQLANDI

Tarix:23-05-2026, 22:36

Bakı–Tbilisi–Bakı marşrutu üzrə hərəkət edən sərnişin qatarında Komfort və Komfort+ siniflərində səyahət edən sərnişinlər çəkisi 23 kiloqramdan, Lüks sinifdə isə 30 kiloqramdan çox olmayan 1 ədəd baqajı ödənişsiz daşıya bilərlər.
XeberTıme.az bildirir ki, bu barədə  "Azərbaycan Dəmir Yolları" QSC-dən məlumat verilib.
Bildirilib ki, pulsuz aparıla bilən əşyalara qatlanan uşaq arabası da daxildir. Komfort+ kupesini tam bron edən sərnişinlər isə uşaq arabalarını həm də açıq vəziyyətdə daşıya bilərlər.
Bundan əlavə, kiçik əl yükü üçün də ödəniş tələb olunmur.





XeberTıme.az

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

Qarabağ