Yeganə Telmanqızı 28 May – Müstəqillik Günü münasibətilə Azərbaycan xalqını təbrik etdi.
1918-ci il mayın 28-də Azərbaycan Xalq Cümhuriyyəti yaradılıb və bu tarix xalqımızın ilk demokratik respublikasının qurulduğu gün kimi tarixə düşüb. Şərqdə ilk demokratik, parlamentli respublika məhz Azərbaycan Xalq Cümhuriyyəti olub.
Bu gün münasibətilə tez-tez deyilən bir ifadə: “Bir kərə yüksələn bayraq, bir daha enməz!
28 May xalqımızın azadlıq, birlik və müstəqillik uğrunda yazdığı şanlı tarixdir. Azərbaycan Xalq Cümhuriyyətinin qurulduğu bu əlamətdar gün milli qürurumuzun və dövlətçilik ənənələrimizin başlanğıcıdır. Qoy üçrəngli bayrağımız hər zaman qürurla, hər zaman yüksəklərdə dalğalansın! Dövlətimizin müstəqilliyi əbədi və sarsılmaz, dövlətimiz daim güclü və qüdrətli olsun!
28 May – Müstəqillik Günü münasibətilə xalqımızı ürəkdən təbrik edir, müstəqil və qüdrətli Azərbaycanı daim uca zirvələrdə olmasını arzulayıram.

Yeganə Telmanqızı
XeberTıme.az