Türkiyədə hərbi helikopterin qəzaya uğraması nəticəsində ölənlərin sayı 11 nəfərə çatıb.
Bu barədə XeberTıme.az Türkiyə Milli Müdafiə Nazirliyinə istinadən xəbər verib.
Bildirilib ki, xəstəxanadakı həkimlərin müdaxiləsinə baxmayaraq yaralı əsgərlərdən birini xilas etmək mümkün olmayıb.
Nazirlik həlak olan hərbçilərin ailələrinə başsağlığı verib.