SON DƏQİQƏ

Azərbaycanın daha doqquz idmançısının Olimpiadada iştirakı rəsmiləşdi

Tarix:23-06-2021, 01:55

Beynəlxalq Cüdo Federasiyası Tokio Yay Olimpiya Oyunlarına vəsiqə qazanan idmançıların siyahısını açıqlayıb, onlar arasında Azərbaycan yığmasının doqquz üzvü də var. XeberTıme.az  xəbər verir ki, Olimpiya reytinqinə əsasən müəyyənləşən vəsiqələrə 110 ölkənin cüdoçuları sahib olublar. 
Kişilərdən ibarət milli komandamızın Olimpiya Oyunlarına tam heyətlə yollanacağı rəsmiləşib. Cüdoçularımızdan Kəramət Hüseynov (-60 kq), Orxan Səfərov (-66 kq), Rüstəm Orucov (-73 kq), Murad Fətiyev (-81 kq), Məmmədəli Mehdiyev (-90 kq), Zelim Kotsoyev (-100 kq) və Uşanqi Kokauri (+100 kq) lisenziyalara sahib çıxıb.
Qadınlardan ibarət millimizin heyətində isə Aişə Qurbanlı (-48 kq) və İrina Kindzerskaya (+78 kq) Tokio-2020-də iştirak hüququna yiyələnib. 
Bununla da Azərbaycanın Tokio-2020-də iştirak hüququ qazanan idmançılarının sayı 38-ə çatıb.

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

Qarabağ