SON DƏQİQƏ

Tokio-2020: Koronavirusa yoluxan Azərbaycan idmançısı yarışdan kənarlaşdırılıb

Tarix:24-08-2021, 17:07

Azərbaycanın paracüdoçusu Ramil Qasımov Tokio-2020 Yay Paralimpiya Oyunlarında iştirak etməyəcək.
XeberTıme.az  bildirir ki, Milli Paralimpiya Komitəsindən  verilən məlumata görə, 40 yaşlı idmançıdan götürülmüş koronavirus testi müsbət nəticələnib.
Paralimpiya çempionunun təkrar test nümunəsi də pozitiv çıxıb. O, Tokioda karantinə alınıb və yarışdan kənarlaşdırılıb. Qasımov karantin rejimi bitdikdən sonra Bakıya qayıdacaq.
Ramil Qasımovla yaxın təmasda olan cüdo komandasının digər 11 üzvündə infeksiya aşkarlanmasa da, onlar yüngül karantin rejiminə yerləşdirilib. Cüdoçulardan gündəlik test nümunələri götürüləcək.
Qeyd edək ki, Ramil Qasımov 2016-cı ildə Rio paralimpiadasının qalibi olub.

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

Qarabağ