SON DƏQİQƏ

“Lunapark”a əylənməyə gedən 19 yaşlı qız qəfil öldü

Tarix:1-09-2021, 11:51

Türkiyədə əyləncə mərkəzinə gedən gənc qız qəfil vəfat edib.
XeberTıme.az “haberler.com”a istinadən xəbər verir ki, 19 yaşlı Zeynəb Günay “Lunapark”a əylənməyə gedib. Orada attraksiona minən gənc qızın halı qəfil pisləşib.
Yaxınlarının köməyilə qız attraksiondan düşürdülüb. Təcili yardım çağırılıb. Lakin həkimlərin müdaxiləsinə baxmayaraq Zeynəbin həyatını xilas etmək mümkün olmayıb.
Qızın yaxınlarının sözlərinə görə, Zeynəbin halı pisləşərkən onun üçün vaxtında həkim çağırılmayıb. İddia olunur ki, əgər həkim vaxtında gəlsəydi, bəlkə də qızın həyatını xilas etmək mümkün olardı.
Faktla bağlı araşdırma aparılır.

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

Qarabağ