SON DƏQİQƏ

Şəhriyar Məmmədyarov norveçli rəqibi ilə heç-heçə etdi

Tarix:23-09-2021, 00:37

Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarov norveçli dünya çempionu Maqnus Karlsenlə Şimali Makedoniyanın Struqa şəhərində keçirilən Klublararası Avropa Kubokunda üz-üzə gəlib.
XeberTıme.az  xəbər verir ki, Məmmədyarov yerli "Alkaloid", Karlsen "Offerspill" komandasının heyətində yer alıb.
Birinci lövhədə oturan rəqiblər 69-cu dəqiqədə heç-heçəyə razılaşıblar. Azərbaycanlı qrossmeyster ağ fiqurlarla çıxış edib.
Bununla belə, "Alkaloid" 5,5:0,5 hesabı ilə qalib gəlib.
Azərbaycanı təmsil edən "Vüqar Həşimov" komandası da Fransa "Asnieres"ini eyni hesabla yenib.

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

Qarabağ