SON DƏQİQƏ

Taekvondoçumuz Avropada medal qazandı

Tarix:13-11-2021, 23:01

Bosniya və Herseqovinada keçirilən Avropa birinciliyində taekvondoçumuz Pünhan Mürsəlov bürünc medal qazanıb.
XeberTıme.az  xəbər verir ki, gənclər arasında keçirilən yarışda 45 kiloqram çəki dərəcəsində çıxış edən idmançımız AlmaniyaMoldova təmsilçilərinə qalib gələrək yarımfinala vəsiqəni təmin edib. Yarımfinalda isə rusiyalı idmançıya məğlub olan P.Mürsəlov bürünc medalla kifayətlənib.
Qeyd edək ki, yarışda ölkəmizi 15 idmançı təmsil edir. Avropa birinciliyi noyabrın 15-də başa çatacaq.

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

Qarabağ