SON DƏQİQƏ

Gimnastımız qızıl medal qazandı

Tarix:25-11-2021, 21:17

Azərbaycan gimnastı Maqsud Maqsudov Bakıda Batut Gimnastikası üzrə 28-ci Dünya Yaş Qrupları Yarışlarında 13-14 yaş qrupu kişilər arasında batut üzərində hərəkətlərdə qızıl medal qazanıb.
XeberTıme.az xəbər verir ki, o, 56.200 xal toplayaraq yarışların qalibi olub.
İkinci yeri 54.630 xalla Vitali Çivyaqa (Rusiya), üçüncü yeri 54.345 xalla Lev Busaryov (Rusiya) tutub.
Qeyd edək ki, 25-28 noyabr tarixlərində keçiriləcək 28-ci Dünya Yaş Qrupları Yarışları 32 ölkədən 650 idmançı iştirak edəcək.
Gimnastlar həm batut, həm tamblinq, həm də ikili mini-batut üzrə yarışlarda 11-12, 13-14, 15-16 və 17-21 yaş kateqoriyasında yarışacaqla
r.

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

Qarabağ