Gələn il yanvarın 30-da Rusiyanın 30-dək diplomatı ABŞ-ı tərk edəcək.
XeberTıme.az "RİA Novosti"yə istinadən xəbər verir ki, bunu Rusiyanın ABŞ-dakı səfiri Anatoli Antonov deyib.
Səfir 2022-ci ilin iyulunda daha 27 diplomatın ABŞ-ı tərk edəcəyini vurğulayıb.
Onun sözlərinə görə, diplomatların həyat yoldaşlarından akkreditasiya götürülür, uşaqlarına viza verilmir: "Bu səbəbdən diplomatlar özləri də Vaşinqtonu tərk etməkdə israrlıdır".