İstanbulda baş verən fırtına nəticəsində ölən və xəsarət alanların sayı artıb.
XeberTıme.az xəbər verir ki, hadisə nəticəsində ölənlərin sayı 4 nəfərə çatıb, 19 nəfər xəsarət alıb.
3 yaralının vəziyyəti ağır qiymətləndirilir.
Qeyd edək ki, Türkiyədə fırtınalı hava şəraiti bir çox yerlərdə dağıntıya səbəb olub.