Siomara Kastro Hondurasın ilk qadın prezidenti kimi and içib.
XeberTıme.az xəbər verir ki, bu barədə CNN məlumat yayıb.
Andiçmə mərasimi paytaxt Tequsiqalpada baş tutub.
Demokratik Sosialist Kastro keçən ilki prezident seçkilərində böyük qələbə qazanmışdı. O, radikal gündəmlə kampaniya aparırdı. Kastro korrupsiya və qalmaqallarla zəngin olan keçmiş hakimiyyətə qarşı çıxacağını bildirib.