SON DƏQİQƏ

ABŞ ərazisinin yarıya qədəri qar örtüyü altında qalacaq

Tarix:2-02-2022, 12:30

Fevralın 2-dən etibarən ABŞ ərazisinin təqribən yarısı qar örtüyü altında qalacaq.
XeberTıme.az Amerika KİV-lərinə istinadla xəbər verir ki, “Lendon” adlı güclü fırtına fevralın 4-nə qədər davam edəcək. Bu fırtına Orta Qərbə və ABŞ-ın mərkəzi hissəsinə doğru hərəkət edən soyuq cərəyanın nəticəsidir.
Hazırda Koloradodan şimal-şərqə, şimalda Texasa, Çikaqo və Detroyta qədər təqribən 1500 kvadrat kilometrini əhatə edən ərazidə fırtına barədə xəbərdarlıq edilib. Sonrakı üç gündə “Lendon” Texasdan Menə qədər olan əraziyə də yayıla bilər. Kolorado ştatının bəzi hissələrinə qarın qalınlığının 30 santimetrə çatacağı gözlənilir. Şimali Texasın bəzi hissələrində də qar yağması ehtimalı var.
ABŞ Milli Meteoroloji Xidmətinin məlumatına görə, Nyu-Meksikodan Nyu-Hempşirə qədər 15 ştatda əlverişsiz hava şəraiti fırtınanın güclənməsinə imkan yaradır.
Sinoptiklər fırtınanın istiqamətininNyu-Yorka və Vaşinqtona tərəf dəyişib-dəyişməyəcəyini hələ dəqiq deyə bilmirlər, lakin çərşənbə axşamı verilən məlumata görə, fevralın 3-də Nyu-Yorkda sulu qar yağması gözlənilir.


“XeberTıme.az” 

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

Qarabağ