SON DƏQİQƏ

“Böyük dəbilqə”nin İLK GÜNÜ: Komandamız medalsız qaldı

Tarix:6-02-2022, 00:45

Parisdə keçirilən “Böyük dəbilqə” turnirinin birinci gününü Azərbaycan komandası medalsız başa vurub.
XeberTıme.az xəbər verir ki, komandamızın üzvü Kəramət Hüseynov (60 kq) ilk görüşündə Daouda Dabone (Kot d’ivuar), növbəti mərhələdə monqolustanlı Ariunbold Enkhtaivana qalib gələrək yarımfinala yüksəlsə də, bu mərhələdə yaponiyalı Ryuju Nagayamaya uduzub. Cüdoçumuz bürünc medal uğrunda görüşdə də gürcüstanlı Jaba Papinaşviliyə məğlub olaraq medalsız qalıb.
Turnirdə 73 kiloqram çəki dərəcəsində mübarizə aparan Rüstəm Orucov ilk qarşılaşmada fransalı Benjamin Axusa məğlub olub. Həmin çəkidə turnirə qatılan daha bir təmsilçimiz - Hidayət Heydərovun da çıxışı uğursuz olub. Belə ki, o, Fransanın digər cüdoçusu Theo Riquinə qalib gəlsə də, sonrakı mərhələdə qambiyalı Faye Njieyə uduzub.
Qeyd edək ki, Azərbaycan iki gün davam edəcək bu nüfuzla yarışda 6 cüdoçu ilə təmsil olunur.
Turnirdə 52 ölkədən 285 idmançı iştirak edir.

“XeberTıme.az” 

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

Qarabağ