SON DƏQİQƏ

Rusiya Avropa Şurasından ÇIXIR

Tarix:15-03-2022, 21:28

Rusiyanın Avropa Şurasından çıxması ilə bağlı qərar qəbul edilib. 
XeberTıme.az  xəbər verir ki, bu barədə Rusiya Dövlət Dumasının vitse-spikeri Pyotr Tolstoy məlumat verib.
 
Onun sözlərinə görə, Rusiyanın xarici işlər naziri Sergey Lavrov təşkilatın baş katibinə müvafiq məktubu göndərib.
 
“Rusiya öz istəyi ilə Avropa Şurasından çıxır”, - deyə Tolstoy vurğulayıb.
 
Bundan əvvəl Avropa Şurası Parlament Assambleyasının sədri Tini Koks bildirib ki, təşkilat martın 15-də Rusiyanın üzvlüyü ilə bağlı qərar qəbul edəcək.

“XeberTıme.az”

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

Qarabağ