SON DƏQİQƏ

6 yaşlı Azərbaycan çempionu

Tarix:20-03-2022, 22:26

Nümunəvi ailənin övladları  
Yusif Surac oğlu İsmayıllı Xəzər rayonunun Binə qəsəbəsində- sovxozda  yaşayır .
Şəhid Rəşid Baxışov adına 218 saylı tam orta məktəbin 1 - ci sinif şagirdidir. Dərs əlaçısıdır. Eyni zamanda idmanın karate və kökboksinq növüylə də məşğul olur. Dəfələrlə idman yarışlarından qalıb qayıdaraq medallar qazanıbdır.                  

09 fevral 2022 ildə Astara rayonunda şəhid Əliyev Mahmud Rüzgar oğlunun ad gününə həsr olunmuş klublararası açıq turnirdə Yusif də iştirak etmişdir. Yusif İsmayıllı yaşıdları arasında keçirilmiş yarışlarda qalib gələrək Azərbaycan çempionu olmuşdur. Yusif şəhid Pəncəli Teymurov adina BUDO Döyüş klubunun idmançısı ilə qarşılaşıb. Özündən iki yaş böyük olan rəqibinə qalib gələn Yusif İsmayıllı  birinci yerə layiq görülmüşdür. Baş  məşqçisi Əli Əliyev Yusifdən çox razılıq edərək deyir; - "Yusifin gözəl gələcəyi var.İdmanı axıra qədər davam etdirsə, gələcəldə ölkə idmanınızi  mötəbər yarışlarda da şərəflə təmsil edə bilər."  
Yusif valideynləri ilə birlikdə   iki dəfə Məşəd və Kərbəla ziyarətlərində də olmuşdur. Yusifin böyük bacısı Aysu da dərs əlaçısidır, 4-cü sinifdə oxuyur. Böyük qardaşı Əsəd  isə Dövlət Sərhəd Xidmətinin xüsusi məktəbində 8-ci sinifdə oxuyur.   
Haqqında söhbət açdığım bu nümunəvi  şagirdlər qələm dostum,istedadlı şair, uzun illər Babək rayonunun Cəhri kənd orta məktəbində müəllim işləmiş Kirman Rüstəmlinin və ömür-gün yoldaşı Tamara müəllimənin qız nəvələridirlər.                   
Yusifin atasının əsli Cəhri kəndindən olsa da, işi ilə əlaqədar olaraq Binə qəsəbəsində yaşayırlar. Belə tərbiyəli, əxlaqlı,mədəni övladlar böyüdən valideynlərə əhsən deyir, fidan balalara xoşbəxtlik, cansağlığı, atalı, analı, babalı,nənəli illər arzulayırıq.

Rauf İlyasoğlu                                                                
“XeberTıme.az”


 

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

Qarabağ