SON DƏQİQƏ

Ukrayna müharibəsində 208 uşaq ölüb

Tarix:23-04-2022, 18:21

Ukraynada fevralın 24-də başlayan müharibə nəticəsində həlak olan uşaqların sayı 208-ə çatıb. 
XeberTıme.az xəbər verir ki, bu barədə Ukraynanın Baş Prokurorluğu məlumat yayıb.
 
Bildirilib ki, müharibə dövründə Ukraynada 595-dən çox uşaq zərər çəkib. Onlardan 208 nəfəri ölüb, 387-si xəsarət alıb. Uşaqlar ən çox Donetsk vilayəti, Kiyev, Xarkov, Çerniqov, Xerson, Nikolayev, Luqansk, Zaporojye, Sumı və Jitomirdə zərər çəkiblər.
 
Ukrayna Baş Prokurorluğunun məlumatına görə, müharibə nəticəsində 1500 təhsil müəssisəsinə ziyan dəyib, onlardan 102-si tamamilə məhv edilib.

“XeberTıme.az”

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

Qarabağ