SON DƏQİQƏ

İrəvanda kütləvi mitinq - Paşinyanın istefası tələb olunur

Tarix:2-05-2022, 20:47

Ermənistanın müxalifət qüvvələrin formalaşdırdığı Müqavimət hərəkatı baş nazir Nikol Paşinyanın istefası tələbi ilə mitinqə başlayıb. 
XeberTıme.az Modern.az-a  xəbər verir ki, mitinq İrəvanın Fransa meydanında keçirilir.
 
"Bizim yalnız bir gündəliyimiz var - Nikol Paşinyanın istefası. Bundan sonra hər şey avtomatik qaydaya düşəcək", - deyə müxalifət liderlərindən biri, "Hayastan" blokunun deputatı Vahe Akopyan bildirib.
 
Bu gün səhər müxalif qüvvələr İrəvanın mərkəzi küçələrini bağlamağa başlayıblar, lakin bir neçə saat sonra polis 240-dan çox insanı saxlayıb, nəqliyyatın hərəkətini tam bərpa edib.

“XeberTıme.az” 

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

Qarabağ