SON DƏQİQƏ

Eduard Məmmədovun növbəti zəfəri

Tarix:16-05-2022, 19:45

“Ağ canavar” səkkizinci dəfə Dünya Kubokunun qalibi oldu
Kikboksçu Eduard Məmmədov 12-15 may Türkiyənin  İstanbul şəhərində keçirilən WAKO versiyası üzrə Dünya Kubokunda çıxış edib.
XeberTıme.az
  xəbər verir ki, “Ağ canavar” ləqəbli idmançımız turnirin qalibi olub.
O, dünya Kubokunda 63 kq çəki dərəcəsində “Master-klass”da üç döyüş keçirərək finalda Türkiyə idmançısı Sırma Ecvet üzərində qələbə qazanıb.
Qeyd edək ki, bununla da E.Məmmədova WAKO üzrə turnirin 8-ci dəfə qalibi olub.  
“Ağ Canavar” ləqəbli kikboksçu Eduard Məmmədov şəxsi facebook səhifəsində paylaşımında bildirib:                      
“Bu təkçə mənim deyil, Azərbaycan Xalqının qələbəsidir!”

“XeberTıme.az” 


 

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

Qarabağ