SON DƏQİQƏ

Azərbaycan cüdoçusu ermənini 25 saniyəyə məğlub edərək, medal qazanıb

Tarix:23-06-2022, 23:23

Azərbaycan cüdoçusu Məhəmməd Məmişov Xorvatiyanın Poreç şəhərində keçirilən Avropa çempionatında bürünc medal qazanıb.
XeberTıme.az xəbər verir ki, 50 kq çəki dərəcəsində yer alan Məhəmməd Məmişov 3-cü yer uğrunda görüşdə ermənistanlı Qor Safaryanı üstələyib. Məmişov rəqibini 25 saniyəyə məğlubiyyətə uğradıb.
Qeyd edək ki, bu gün Azərbaycanın 3 cüdoçusu final qarşılaşmasına çıxacaq. Qızlar arasında 48 kq çəkidə Aydan Vəliyeva isveçli Tara Babulfatla, oğlanlardan 55 kq-da Şahin Orucov serbiyalı Matiya Yeremiçlə, 60 kq-da Nizami İmranov macarıstanlı Adam Mayorla qarşılaşacaq.

“XeberTıme.az”                                                               

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

Qarabağ