SON DƏQİQƏ

Azərbaycan yığması Ermənistanı məğlub etdi

Tarix:28-07-2022, 08:42

18 yaşadək oğlan basketbolçulardan ibarət Azərbaycan milli komandası Avropa çempionatının C liqasında növbəti oyununu keçirib.
XeberTıme.az xəbər verir ki, Tahir Baxşiyevin rəhbərlik etdiyi yığma San Marinoda keçirilən yarışda Ermənistanla üz-üzə gəlib.
Oyun basketbolçularımızın inamlı qələbəsi ilə başa çatıb. Millimiz erməniləri 76: 65 hesabı ilə məğlub edib.
Bununla da komandamız ardıcıl 3-cü qələbəsini qazanaraq, 6 xalla qrup liderliyinə yüksəlib və növbəti mərhələyə çıxmağı təmin edərək adını yarımfinala yazdırıb. Təmsilçimiz Ermənistandan öncə Lüksemburqa (75:71) və Cəbəllütariqə (115:60) qalib gəlib.
Qeyd edək ki, milli qrupdakı növbəti matçını Moldova komandasına qarşı keçirəcək. Oyun iyulun 28-də Bakı vaxtı ilə saat 14:30-da start götürəcək.

“XeberTıme.az”                                                               

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

Qarabağ