SON DƏQİQƏ

Ukrayna ordusu əks-hücuma keçib, ruslar sıxışdırılır

Tarix:15-10-2022, 22:33

Ukrayna Silahlı Qüvvələrinin əks-hücumları cənub və şərqdə davam edir.
XeberTıme.az  “Unian”a istinadən xəbər verir ki, Ukraynada genişmiqyaslı silahlı təcavüz başlayandan bəri Rusiyanın işğal etdiyi 1620 yaşayış məntəqəsi artıq azad edilib.

Xerson istiqamətində isə Ukrayna Silahlı Qüvvələri düşməni Dnepr çayının sağ sahilinə sıxışdırmaqda və keçidlərə nəzarəti saxlamaqda davam edir.

“Cənub” komandanlığının mətbuat katibi Vladislav Nazarov bildirib ki, oktyabrın 14-də işğalçılar Dnepr çayı üzərindən aktiv hərəkəti bərpa etməyə cəhd göstəriblər.

Eyni zamanda, düşmən diqqətini Baxmut-Kramatorski tutmağa cəmləyib. Ötən gün Ukrayna hərbçiləri növbəti dəfə düşmənin İvanqrada hücumlarını dəf edib. Bundan əvvəl Britaniya kəşfiyyatı işğalçıların Baxmutun cənubuna yaxınlaşdığını deyirdi.

Baş Qərargah, həmçinin bildirir ki, yaralı rus hərbçiləri arasında ölüm halları 50%-ə çatır.


Ukrayna Prezident Aparatının müşaviri Aleksey Arestoviç deyib ki, Baxmut istiqamətində bir sıra yaşayış məntəqələrinin guya nəzarətə götürülməsi ilə bağlı rus təbliğatçılarının xəbərləri reallığa uyğun gəlmir. O, məhz Ukrayna hərbçilərinin çox uğurlu əks-hücum keçirdiyini bildirib.

Rusların cəbhənin hansı hissəsində geri çəkildiyini Arestoviç Baş Qərargahın səssizliyinə görə dəqiqləşdirməkdən imtina edib.

“XeberTıme.az” 

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

Qarabağ