SON DƏQİQƏ

İranda qarşıdurma: Dövlət binaları yandırıldı, ölənlər var

Tarix:28-10-2022, 09:09

İranın Qərbi Azərbaycan bölgəsində iğtişaş baş verib. 
XeberTıme.az  yerli mətbuata istinadən xəbər verir, Mahabad şəhərində etirazçılarla polis əməkdaşları arasında toqquşma zamanı azı 3 nəfər ölüb.
 
Məlumata görə, şəhərdə keçirilən aksiyada nümayişçilər bank və dövlət binalarına hücum edərək yandırıblar.
 
Polis etirazçıları dağıtmaq üçün sərt müdaxilə edib. Nəticədə tərəflər arasında qarşıdurma yaşanıb. İnsident zamanı ölənlərlə yanaşı, yaralıların da olduğu bildirilir.
 
Aksiyaçılardan bəzilərinin saxlanıldığı deyilir.

“XeberTıme.az” 

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

Qarabağ