SON DƏQİQƏ

Rafael Ağayev ABŞ idmançısına qalib gələrək çempionluq kəmərinə sahib çıxdı - VİDEO

Tarix:18-12-2022, 19:24

Azərbaycanın karate üzrə 5 qat dünya və 11 qat Avropa çempionu, Tokio-2020 Yay Olimpiya Oyunlarının gümüş mükafatçısı Rafael Ağayev peşəkarların mübarizə apardığı "Karate Combat"da ağır çəkidə titul görüşünə çıxıb.
37 yaşlı idmançı ABŞ təmsilçisi Reymond Denielslə üz-üzə gəlib. Rəqibini məğlub edən Ağayev çempionluq kəmərinə sahib çıxıb.
Qeyd edək ki, Rafael Ağayev 2018-ci ildən "Karate Combat"da mübarizə aparır.

“XeberTıme.az”


FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

Qarabağ