SON DƏQİQƏ

Əfqanıstanda soyuq hava 70 nəfərin həyatına son qoydu

Tarix:19-01-2023, 07:55

Əfqanıstanda soyuq hava nəticəsində azı 70 nəfər ölüb. 
XeberTıme.az  AFP-yə istinadən xəbər verir ki, paytaxt Kabil daxil olmaqla bir sıra vilayətlərdə kəskin soyuqlar qeydə alınıb.
 
Mərkəzi Qor bölgəsində isə həftə sonu -33C soyuq olub. Əfqanıstan meteorologiya departamenti qeyd edib ki, bu qış son illərin ən soyuq qışıdır.
 
Təbii Fəlakətlərin İdarə Edilməsi Nazirliyi son səkkiz gündə 70 nəfərin və 70 min mal-qaranın öldüyünü bildirib.


“XeberTıme.az” 

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

Qarabağ