SON DƏQİQƏ

İrandakı səfirliyin əməkdaşları bu gün təxliyə ediləcək

Tarix:29-01-2023, 00:39

Azərbaycanın İrandakı səfirliyinin heyətinin və onların ailə üzvlərinin təxliyəsi bu gün üçün nəzərdə tutulur.
XeberTıme.az  xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyindən məlumat verilib.
 
Təxliyə hava yolu ilə həyata keçiriləcək.
 
Xatırladaq ki, 27 yanvar 2023-cü il tarixində Bakı vaxtı ilə səhər saat 8:30 radələrində Azərbaycan Respublikasının İran İslam Respublikasındakı Səfirliyinə terror hücumu oldu. Hücum edən şəxs avtomat silahla mühafizə postunu yararaq, mühafizə xidmətinin rəisini qətlə yetirib. Səfirliyin iki nəfər mühafizə əməkdaşı da hücumun qarşısını alarkən yaralanıblar. Hazırda hadisənin istintaqı aparılır.

 “XeberTıme.az”
  

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

Qarabağ