SON DƏQİQƏ

Azərbaycan çevik xilasediciləri Türkiyəyə köməyə GÖNDƏRİR

Tarix:6-02-2023, 09:59

Bu gün səhər saatlarında Türkiyə Respublikasında baş vermiş güclü zəlzələnin fəsadlarının aradan qaldırılması və axtarış-xilasetmə əməliyyatlarına dəstək məqsədilə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına əsasən, Fövqəladə Hallar Nazirliyinin ilkin olaraq 370 nəfərdən ibarət çevik xilasetmə qüvvələrinin qardaş ölkəyə yola düşməsi üçün hazırlıq işlərinə başlanılıb.
XeberTıme.az xəbər verir ki, məlumatı Fövqəladə Hallar Nazirliyinin Mətbuat xidməti yayıb.
 
Əlavə məlumat veriləcək.

Xatırladaq ki, fevralın 6-da saatlarında Türkiyənin Kahramanmaraş bölgəsində 7,4 bal bal gücündə zəlzələ baş verib. Təbii fəlakət zamanı Qaziantep, Malatya, Diyarbakır, Adana, Hatay, Kilis və Osmaniye vilayətlərində böyük dağıntılar olub. İlkin məlumata görə, zəlzələ nəticəsində 76 nəfər ölüb, 440 nəfər yaralanıb.

“XeberTıme.az”

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

Qarabağ