Türkiyədə dəhşətli zəlzələ nəticəsində həlak olanların sayı 3 381-ə çatıb. Bu barədə AFAD rəsmisi Orhan Tatar bildirib.
Onun sözlərinə görə, yaralıların sayı 20 426-ya yüksəlib.
08:56
Türkiyənin Kahramanmaraş şəhərinin Pazarcık rayonunda 7,7 və Elbistan ərazisində baş verən 7,6 bal gücündə iki zəlzələ nəticəsində 2 921 nəfər həyatını itirib, 15 834 nəfər yaralanıb. Dağıntılar altından 7840 nəfər çıxarılıb.
Zəlzələlər Kahramanmaraş, Hatay, Osmaniye, Adıyaman, Qaziantep, Şanlıurfa, Diyarbəkir, Malatya, Kilis və Adanada ciddi dağıntılara səbəb olub.
Yeraltı təkanlar 6 217 binanı dağıdıb.
7,7 bal gücündə zəlzələdən sonra ən böyüyü 6,6 bal gücündə olmaqla 183 afterşoklar olub.
Zəlzələ baş verən ərazilərdə fövqəladə vəziyyət elan edilib, 4-cü səviyyəli həyəcan siqnalı verilib.
Bundan əvvəl 2 379 nəfərin həlak olduğu bildirilib.
Mənbə: TRT Haber