SON DƏQİQƏ

Azərbaycanın xilasediciləri 2 bacını 128 saat sonra dağıntılar altından xilas ediblər- VİDEO

Tarix:11-02-2023, 18:26

Xilasedicilərimiz 2 bacını 128 saat sonra sağ çıxardı.

XeberTıme.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.
 
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına əsasən, Türkiyədə olan Fövqəladə Hallar Nazirliyinin çevik xilasetmə qüvvələri qardaş ölkədə baş vermiş güclü zəlzələnin fəsadlarının aradan qaldırılması və axtarış-xilasetmə əməliyyatlarını fasiləsiz davam etdirirlər.
 
Belə ki, FHN-in xilasedicilərinin fədakarlığı və peşəkarlığı sayəsində zəlzələdən ciddi zərər görmüş Kahramanmaraş rayonu ərazisində xüsusilə mürəkkəb və riskli xilasetmə əməliyyatı nəticəsində dağıntılar altında 128 saat qalmış 2 bacı – 8 yaşlı Tavilla və 13 yaşlı Xədicə xilas olunublar.
 
Əməliyyatların gedişi barədə əlavə məlumat veriləcək.


“XeberTıme.az”




FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

Qarabağ