SON DƏQİQƏ

Tələbələrin olduğu binada sağ insan qalmayıb

Tarix:14-02-2023, 00:19

Türkiyənin Malatya şəhərində dağıntılar altında qalan azərbaycanlı tələbələrin yaşadığı binada axtarışlar davam edir. 
XeberTıme.az xəbər verir ki, xilasedicilər 8 gündür 4 azərbaycanlı tələbələr - Samir Quliyev, Şahin Verdiyev, Hümam İsmayıllı və Gündüz Nəzərzadənin yaşadığı binada axtarışlar aparır.
 
Binada axtarış-xilasetmə işlərini həyata keçirən xilasedicilərdən biri Baku TV-yə açıqlamada bildirib ki, binada heç bir canlının qalmadığı barədə məlumat alıblar: “Hər bir otağın ən dibinə qədər texnikalar işləyir. Çünki ancaq bundan sonra digər otaqlara keçmək mümkün olur. Nəşlərə zərər vermədən işlərə davam edirik. Ötən gün bir neçə pişik çıxardıq. AFAD artıq heç bir canlının qalmadığı məlumatını verəndən sonra işləri sürətləndirdik”.

“XeberTıme.az”

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

Qarabağ