SON DƏQİQƏ

Türkiyədə zəlzələdə ölənlərin sayı artır - DƏHŞƏTLİ RƏQƏMLƏR - YENİLƏNİB

Tarix:15-02-2023, 08:34

Türkiyədə zəlzələ nəticəsində ölənlərin sayı 35 418 nəfərə çatıb, yaralıların 13 208-i xəstəxanalarda müalicəsini davam etdirir.
XeberTıme.az  xəbər verir ki, bu barədə ölkənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb.
Xatırladaq ki, fevralın 6-da ocağı Türkiyənin Kahramanmaraş şəhərinin Pazarcık rayonu olan 7,7 maqnitudalı və 9 saat sonra episentri eyni şəhərin Elbistan rayonu olan 7,6 maqnitudalı iki zəlzələ olub. Güclü yeraltı təkanlardan sonra bölgədə 6,6 maqnitudayadək yüzlərlə afterşoklar qeydə alınıb. Təbii fəlakət Türkiyə və Suriyada böyük dağıntı və minlərlə itkilərə səbəb olub.


“XeberTıme.az” 




FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

Qarabağ