SON DƏQİQƏ

29 yaşlı futbolçu məşq zamanı huşunu itirərək öldü - FOTO

Tarix:9-03-2023, 10:38

Cənubi Afrika Respublikasının "Riçards Bay" klubunun 29 yaşlı futbolçusu Sifamandla Mtolo məşq zamanı huşunu itirərək dünyasını dəyişib.
XeberTıme.az  xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Afrika Futbol Konfederasiyasının rəsmi saytı açıqlama yayıb.
Bildirilir ki, hadisə martın 7-də səhər saatlarında baş verib.
Futbolçunun ölüm səbəbi açıqlanmayıb.
Qeyd edək ki, yarımmüdafiəçi 2020-ci ilin sentyabrından "Riçards Bay"da çıxış edirdi.

 “XeberTıme.az"




FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

Qarabağ