SON DƏQİQƏ

Səfir 100 milyonluq yardıma görə Azərbaycana TƏŞƏKKÜR ETDİ

Tarix:21-03-2023, 11:47

Türkiyənin Bakıdakı fövqəladə və səlahiyyətli səfiri Cahit Bağcı zəlzələ ilə bağlı yardıma görə Azərbaycana təşəkkür edib. 
 XeberTıme.az xəbər verir ki, diplomat bu barədə tviter səhifəsində yazıb.
 
"Avropa Komissiyası tərəfindən ölkəmizdə və Suriyadakı güclü zəlzələlərdən sonra təşkil olunan Beynəlxalq Donorlar Konfransında 100 milyon dollar ev, dövlət və təhsil binaları inşası üçün ianə verən can Azərbaycana və bütün donor ölkələrə təşəkkürümüzü bildiririk", - deyə səfir vurğulayıb.
 
Qeyd edək ki, Azərbaycan “Türkiyə və Suriyadakı insanlar üçün birlikdə” beynəlxalq donorlar konfransında yenidənqurma işləri üçün 100 milyon dollar məbləğində yardım ayırdığını elan edib.

 
“XeberTıme.az"

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

Qarabağ