SON DƏQİQƏ

Xaricdəki türklər sabahdan prezident seçməyə BAŞLAYIR

Tarix:26-04-2023, 21:23

Türkiyə vətəndaşları 14 may 2023-cü il tarixində, bazar günü keçiriləcək prezident və 28-ci parlament seçkilərinə hazırlaşır. Xaricdə yaşayan türklər sabahdan sandıq başına getməyə başlayacaqlar. 
XeberTıme.az  xəbər verir ki, Türkiyə Ali Seçki Komissiyası (Yüksek Seçim Kurulu) tərəfindən 73 ölkədə və 156 xarici nümayəndəlikdə seçki qutuları təşkil olunub. 


Xaricdə yaşayan seçicilər üçün sabahdan başlayacaq səsvermə prosedurları mayın 9-dək davam edəcək. 
 

Bildirilib ki, xaricdə qeydə alınmış seçicilər bayram günləri də daxil olmaqla 24 saat ərzində səs verə biləcəklər. 


 Qeyd edək ki, Türkiyədən xaricdə qeydiyyatda olan 3 milyon 416 min 98 seçici var. İlk dəfə xaricdə səs verəcək seçicilərin sayı isə 277 min 646 nəfərdir. Bu seçicilər üçün 4671 seçki qutusu qurulub. 
 
Xarici nümayəndəliklərdə səsvermə həftə içi və həftəsonları yerli vaxtla saat 09.00-dan 21.00-a qədər aparılacaq.

 

Budəfəki səsvermədə bir ilklər də yaşanacaq. Belə ki, Belarus, Braziliya, Estoniya, Mərakeş, Monteneqro, Koreya Respublikası, Liviya, Litva, Malayziya, Nigeriya, Pakistan, Portuqaliya, Slovakiya və Tanzaniyada yaşayan Türkiyə vətəndaşları ilk dəfə seçkidə iştirak edəcəklər.  


YSK-nın məlumatlarına görə, ən çox seçiciyə malik ölkə 1 milyon 501 min 152 nəfərlə Almaniyadır. Almaniyanı 397 min 86 seçici ilə Fransa və 286 min 753 qeydiyyatlı seçici ilə Niderland izləyir. Almaniyada seçicilərin sayı çox olduğundan 26 nümayəndəlikdə səsvermə mümkün olacaq. 

 
134 min 246 seçicinin səs verəcəyi ABŞ-da türk vətəndaşlar 9 nümayəndəlikdə səs verə biləcəklər. Azərbaycan və Şimali Kipr Türk Respublikasında isə 3 nümayəndəlikdə səs vermək mümkün olacaq. Azərbaycanda səsvermə hüququna malik 11 036 nəfər Türkiyədəki prezident seçkilərində səs vermə imkanı əldə edəcək.

Türkiyə üzrə ən az seçiciyə malik ölkə isə 581 nəfərlə Braziliyadır. Digər tərəfdən prezident seçkiləri ikinci tura qalsa, mayın 20-24-də nümayəndəliklərdə yenidən səsvermə təşkil olunacaq.

 

Xaricdə səs verəcək Türkiyə vətəndaşlarının siyahısı:

 

1. Almanya: 1.501.152 
 
2. ABŞ: 134.246 
 
3. Albaniya: 1.416 
 
4. Avstraliya: 53.902 
 
5. Avstriya: 111.659 
 
6. Azərbaycan: 11.036 
 
7. Bəhreyn: 1.359 
 
8. Belarus: 643 
 
9. Belçika: 153.443 
 
10. Birləşmiş Ərəb Əmirlikləri: 12.757

 

Qeyd edək ki, Azərbaycanda səsvermə prosesi 5, 6 və 7 may tarixlərində Türkiyənin Bakıdakı səfirliyində, Gəncə və Naxçıvandakı baş konsulluqlarda saat 09:00-21:00-da baş tutacaq.


 
“XeberTıme.az”

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

Qarabağ