SON DƏQİQƏ

Türkiyədə bülletenlərin 76 faizi sayılıb, Ərdoğan liderdir - YENİLƏNİR

Tarix:14-05-2023, 23:24

Türkiyədə keçirilən prezident seçkilərində səsvermə bülletenlərinin 76,14 faizi sayılıb, hazırkı prezident Rəcəb Tayyib Ərdoğan 50,89 faiz səslə öndədir.
XeberTıme.az xəbər verir ki, ikinci yerdə 43,30 faiz səslə “Millət İttifaqı”nın namizədi, müxalif Cümhuriyyət Xalq Partiyasının sədri Kamal Kılıçdaroğlu gəlir.
Üçüncü yerdə Sinan Oğan qərarlaşıb (5,32 faiz).
Ümumilikdə seçici fəallığı 88 faiz təşkil edir.
Parlament seçkilərində səsvermə bülletenlərinin 60,47 faizinin sayılmasından sonra hakim Ədalət və İnkişaf Partiyası 37,16 faiz, müxalif Cümhuriyyət Xalq Partiyası 22,30 faiz, Milliyyətçi Hərəkat Partiyası 11,38 faiz, İYİ Partiya 9,89 faiz, Yaşıl Sol Partiya 8,20 faiz səs toplayıb.

 “XeberTıme.az” 



FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

Qarabağ