SON DƏQİQƏ

Ərdoğan: “Yeni hökumətdə bir az dəyişikliklər olacaq”

Tarix:17-05-2023, 09:42

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan CNN Türkün canlı yayımında açıqlamalar verib.
XeberTıme.az xəbər verir ki, o, rekord iştirak faizinə görə seçicilərə təşəkkür edib.
“Rekord iştiraka görə vətəndaşlara təşəkkür etmək istərdim. Türkiyəmizə yaraşan böyük bir demokratiya ziyafəti yaşadıq. Bu, bəlkə də dünyada unikal bir haldır. 90 faizə qədər iştirak qeydə alındı. Siyasi fəallığı artırdıqları üçün bütün siyasi partiyalara, namizədlərə, media orqanlarına və təhlükəsizlik qüvvələrinə də təşəkkür etmək istəyirəm. Yeni dönəmdə deputat seçilənlərə təşəkkürümü bildirirəm. 27 milyondan çox səs topladıq. Səslərin 49 faizindən çoxunu aldıq. Xalqımız Məclisdəki 322 yeri Cümhur İttifaqına verdi”, - Ərdoğan bildirib.
O qeyd edib ki, yeni hökumətdə heyət dəyişikliyi gözlənilir.
“Mayın 29-da çox fərqli oyanacağıq. İlk mərhələdəki yol xəritəsini dəqiq tətbiq edəcəyimizi deyə bilmərəm. Zəlzələ bölgəsinə ziyarəti yalnız bu həftə sonu edəcəyik. Hazırkı Nazirlər Kabinetimiz böyük bir sınaqdan çıxıb, amma yeni dövr bəlkə bir az fərqli olacaq. Biz bunun üzərində işləyirik. Biz mövcud çatışmazlıqlarımızı aradan qaldıraraq yeni kabinetlə davam etmək niyyətindəyik”, - deyə dövlət başçısı vurğulayıb.

“XeberTıme.az” 

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

Qarabağ