SON DƏQİQƏ

Hərbi helikopter çaya düşdü - Ölən və yaralananlar var

Tarix:21-06-2023, 09:24

Kanada Kral Hərbi Hava Qüvvələrinə məxsus "Chinook" tipli hərbi helikopterin Ottava çayına düşməsi nəticəsində 2 əsgər həlak olub, daha 2 əsgər isə yaralanıb. 
XeberTıme.az  xəbər verir ki, bu barədə Kanada Müdafiə Nazirliyi məlumat yayıb.
 
Bildirilib ki, hərb helikopter yerli vaxtla saat 00:10 radələrində təlim uçuşu zamanı Ontario əyalətinin Petavava şəhərindəki hərbi baza yaxınlığında Ottava çayına düşüb.
 
Kanadanın baş naziri Castin Trüdo helikopterdə olan 2 əsgərin həyatını itirdiyini, 2 əsgərin isə yaralı olaraq qəzadan sağ çıxdığını bildirib. O qeyd edib ki, qəza ilə bağlı hərtərəfli araşdırma aparılacaq.
 
Qəzanın səbəbi hələlik məlum deyil.

XeberTıme.az 

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

Qarabağ