SON DƏQİQƏ

Kiyevdə məhkəmə binasında partlayış - Ölən və yaralılar var

Tarix:5-07-2023, 23:12

Ukraynanın paytaxtı Kiyevin Şevçenko rayon məhkəməsində partlayış törədilib. 
XeberTıme.az  xəbər verir ki, bu barədə məlumatı Ukrayna daxili işlər naziri İqor Klimenko təsdiqləyib.
 
Klimenko bildirib ki, müttəhim məhkəmə binasında özünü partladıb. Hadisə zamanı partlayış törədən şəxsin özü ölüb. Partlayış nəticəsində hüquq-mühafizə orqanlarının iki əməkdaşı yaralanıb.
 
Məhkəmədə partlayış törədən şəxsin adı rəsmi olaraq açıqlanmayıb. Ukrayna mətbuatı iddia edir ki, hadisəni 2015-ci il avqustun 31-də Ali Radanın binası yaxınlığında terror aktı törətməkdə ittiham olunan İqor Qumenyuk törədib.
 
İddiaya görə, o, Şevçenko məhkəməsinin binasına aparılıb, daha sonra qaçmağa cəhd edib, bu zaman “naməlum partlayıcı qurğu”dan istifadə edib.

XeberTıme.az 

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

Qarabağ