SON DƏQİQƏ

Rekord qıran Azərbaycan idmançısı çempion oldu - YENİLƏNİB

Tarix:11-07-2023, 08:32

Azərbaycan para-atleti Lamiyə Vəliyeva Fransanın paytaxtı Parisdə keçirilən para-atletika üzrə dünya çempionatının qalibi olub.
XeberTıme.az bildirir ki, sprinter 100 metr məsafəyə qaçışın final mərhələsində bütün rəqiblərini qabaqlayıb.
L.Vəliyeva məsafəni 11,99 saniyəyə qət edərək qızıl medal qazanıb.
Bununla o, həm də Yay Paralimpiya Oyunlarına vəsiqəni təmin edib.
L.Vəliyeva, həmçinin, 400 metr məsafədə özünü sınayacaq.
Xatırladaq ki, 21 yaşlı idmançı Tokio-2020 Yay Paralimpiya Oyunlarında 100 metr məsafəyə qaçışda gümüş, 400 metrdə isə qızıl medal qazanıb.

XeberTıme.az

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

Qarabağ