SON DƏQİQƏ

Azərbaycanın bədii gimnastı Paris Olimpiadasına lisenziya qazanıb - FOTO

Tarix:24-08-2023, 23:53

İspaniyanın Valensiya şəhərində keçirilən bədii gimnastika üzrə 40-cı dünya çempionatında fərdi proqramda çoxnövçülük üzrə təsnifat yarışları başa çatıb.
Çempionatda ölkəmizi təmsil edən Avropa çempionatının bürünc mükafatçısı, Yay Universiadasının dördqat gümüş və bürünc medalçısı Zöhrə Ağamirova çoxnövçülük yarışlarının nəticəsinə əsasən 12-ci pillədə qərarlaşaraq, Paris-2024 Yay Olimpiya Oyunlarına lisenziya qazanıb.
İdmançımız bu nəticə ilə həmçinin çoxnövçülük proqramında dünya çempionatının final mərhələsinə vəsiqəni özü üçün təmin edib.
Qeyd edək ki, bu, Paris-2024-ə gimnastika idman növü üzrə qazanılan ilk lisenziyadır. 

XeberTıme.az 



FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

Qarabağ