SON DƏQİQƏ

Azərbaycan millisi Avropa çempionatında daha bir medal qazandı

Tarix:26-08-2023, 08:45

Azərbaycan millisi Estoniyanın paytaxtı Tallində keçirilən taekvondo üzrə böyüklər arasında olimpiya çəki dərəcələri üzrə Avropa çempionatında daha bir medal qazanıb.
XeberTıme.az xəbər verir ki, +80 kq çəki dərəcəsində Həmidreza Badrialiabadi fəxri kürsünün ikinci pilləsinə yüksəlməklə gümüş medala yiyələnib. Daha öncə millinin heyətində Cavad Ağayev (68 kq) də ikinci yeri tutub.
Estoniyada keçirilən gənclərin Avropa çempionatında da komandamız hələlik 2 medala sahib olub. Səlimə Quliyeva (42 kq) gümüş, Məhəmməd Həsənli (45 kq) bürünc mükafat qazanıb.  

XeberTıme.az 

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

Qarabağ