SON DƏQİQƏ

Leyla Mahmudlu yaşıdları arasında dünya çempionatının ikincisi oldu – FOTO

Tarix:3-10-2023, 21:18

Azərbaycanlı idmançı Özbəkistanda keçirilən dünya çempionatının ikincisi oldu.
İdmançılarımızın hər dəfə beynəlxalq yarışlarda qazandıqları nailiyyətlər, bayrağımızı ucaltmaları, Dövlət himnimizi səsləndirmələri Azərbaycana şərəf gətirən amillərdir. Sumqayıt şəhəri hər zaman nəticəli və uğurlu idmançıları ilə öndə olub. 8-9-10 sentyabr Özbəkistanın paytaxtı Daşkənd şəhərində keçirilən 13-cü WSF dünya çempionatında katedlər arasında 2 yer qazanaraq komanda döyüşlərində kuboka sahib olub. 

                                              
Xatırladaq ki, 13-cü WSF dünya çempionatında 54 ölkənin 3000-ə yaxın idmançısı iştirak edib, bu yarışda Azərbaycanı 150 idmançı təmsil edib.    

                                           
Vətənə çempion olaraq dönən 13 yaşlı Leyla Mahmudlunun ailəsinin qonağı oldum. Qalib olaraq sevinclə vətənə uğurla dönən çempionla söhbətimiz çox maraqlı oldu, idmanın sirlərini dərindən öyrənmək istəyən balaca çempionumuz gələcəyin böyük idmançısı olmaq arzusundadır. 


Gələcəkdə Azərbaycanı daha böyük arenalarda təmsil edərək vətənə çoxlu medallar qazandırmaq, himnini səsləndirərək, qürurverici üç rəngli bayrağımızı dalğalandırmaqdır.                          
Leyla 4 ildən artıqdır ki, Karate Do  idman növü ilə məşğul olur, artıq saysız-hesabsız medalların, kuboklarların sahibidir. 



13 yaşlı idmançı bu uğurunu Qalib Azərbaycana həsr edib. Leyla Mahmudlu Sumqayıt şəhər 38 saylı tam orta məktəbin 7 C sinifinin şagirdidir, Leyla həmdə dərs əlaçısıdır.               

Balaça çempion öz müsahibəsində  bildirdi: 

- Mən dərslərimi yaxşı oxumalıyam ki, xarici dövlətlərdə Azərbaycan coğrafyasını, Azərbaycan tarixini, Azərbaycan idmanı, mədəniyyətini, təhsilini tanıda bilim. Bununla yanaşı daima məşqlərimidə etməliyəm.                                
Tatamiyə çıxmamış yalnız çempion olmağım baradə fikirləşdim və özümə söz verdim ki, mütləq çempion olacam. Uğurları kifayət qədər olan rəqiblərlə döyüşdüm, bir necə ağır döyüşlər keçdim və qalib oldum. Mən uğurlarıma görə babama, valdeynlərim Fərqanə xanıma, Elvin bəyə və məşqiçi müəllimim Soltanov Aqilə borcluyam. Hüseyn adlı bir qardaşım var onuda çox istəyirəm.   
İnşallah gələcəkdə yeniyetmələr, gənclər arası keçirilən Avropa, Dünya çempionatlarında iştirak edib, Vətənə uğurla dönəcəm. 



Bizdə XeberTıme.az Analitik İnformasiya portalı olaraq balaça çempion Leyla Mahmudluya möhkəm can sağlığı, idman karyerasında bol-bol uğurlar arzulayırıq. 



İdmançılarımızla fəxr edirik!   

 Yeganə Telmanqızı 
 XeberTıme.az

 

 

  
               

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

Qarabağ