SON DƏQİQƏ

İsrail və Fələstin arasında müharibə - Çoxlu sayda ölü və yaralılar var

Tarix:7-10-2023, 23:36

HƏMAS silahlıları İsrailin cənub və mərkəzi hissəsinə raket zərbələri endirib. 
XeberTıme.az  xəbər verir ki, bu barədə “The Times of Israel" nəşri yazıb.
 
Qəzet bildirir ki, sərhəddə yerləşən Sderot qəsəbəsində 5 nəfər ölüb, 100-dən çox insan yaralanıb. Digər media qurumları ölü və yaralıların sayının daha çox olduğunu bildirib.
 
Məlumata görə, radikal qruplaşmanın üzvləri qəsəbəyə və digər ərazilərə sızıblar. Hazırda bölgədə toqquşmalar yaşanır.
 
Fələstinin rəsmi WAFA agentliyinin məlumatına əsasən, Qəzza zolağında döyüşlərdə 4 fələstinli ölüb, 5-i yaralanıb. HƏMAS İsrailə məxsus bir sıra obyektləri ələ keçirildiyini iddia edib.
 
Baş nazir Benyamin Netanyahu təhlükəsizlik rəsmilərini fövqəladə iclasa çağırıb. 
 
Yerli media yazır ki, İsrail ordusu “Dəmir qılınc” adı altında antiterror əməliyyatına başlayıb. İsrailin müdafiə naziri Yoav Qalant bildirib ki, Müdafiə Ordusu bölmələrinin əsgərləri silahlıların nüfuz etdiyi bütün istiqamətlərdə döyüşür. "İsrail dövləti bu müharibədə qalib olacaq”, - o qeyd edib.
 
Qalant ehtiyatda olan hərbçilərin kütləvi şəkildə orduya çağırıldığını açıqlayıb.
 
İsrail Prezidenti İshak Hersoq hər kəsi təmkinli olmağa çağırıb. “İsrail dövləti çətin dövrdən keçir. İsrail Müdafiə Nazirliyini, komandirlər, döyüşçüləri, bütün təhlükəsizlik və xilasetmə qüvvələrini gücləndirirəm. Hər kəsi Daxili Qoşunlar Komandanlığının göstərişlərinə əməl etməyə, qarşılıqlı güvən və sakitlik nümayiş etdirməyə çağırıram”, - o qeyd edib 
 
Qeyd edək ki, İsrailin Qəzza zolağından atəşə tutulması səhər saat 6:30 radələrində başlayıb. Təl-Əviv və Qüdsdə həyəcan təbili çalınıb. HƏMAS-ın hərbi komandiri Məhəmməd Deif hər yerdə fələstinliləri döyüşməyə çağıraraq əməliyyatın başladığını elan edib. 

XeberTıme.az

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

Qarabağ