Əfqanıstanın Herat vilayətində baş verən zəlzələlər nəticəsində ölənlərin sayı 215-ə çatıb.
XeberTıme.az xəbər verir ki, bu barədə TRT kanalı yerli rəsmilərə istinadən məlumat yayıb.
Bildirilir ki, yaralıların sayı 1000-i keçib.
Taliban hökumətinin Təbii Fəlakətlər üzrə Dövlət Nazirliyinin sözçüsü Molla Canan Saik Heratın Zindecan rayonunda 7 kəndin zəlzələ nəticəsində ciddi ziyan gördüyünü və itkilərin sayının artdığını qeyd edib.
ABŞ Geoloji Xidmətindən (USGS) bildirilib ki, səhər saat 11.00-a olan məlumata görə, Heratda 6.3, 5.5, 4.7, 6.3, 5.9, 4.6 və 6.3, 5.5, 4.7, 6.3, 5.9, 4.6 və 6.3 bal gücündə zəlzələlər qeydə alınıb. Əfqanıstanın İranla sərhədində 4,8, sonra isə 4,9 bal gücündə bir çox zəlzələ baş verib.
XeberTıme.az